Bakıda tank mərmisi tapılıb
05 İyun 2012 Çərşənbə Axşamı 12:45
Mərmi zərərsizləşdirilməsi üçün aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda partlamamış döyüş sursatı aşkarlanıb. ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin ediblər. Daha sonra nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanan sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, döyüş başlığı olmayan 1 ədəd 100 millimetrlik tank mərmisidir. Mərmi zərərsizləşdirilməsi üçün aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:08-də başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar