Küçə ilə hərəkət edən sürücülər işıqforun arxasında olan yol nişanını görə bilmirlər.
Bakının daha bir mərkəzi küçəsində qəribə yol nişanı peyda olub. Milli.Az-ın məlumatına görə, Səbail rayonu ərazisində, Bünyad Sərdarov və Lermontov küçələrinin kəsişməsində işıqforun arxasında əmredici yol nişanı qoyulub. Nəticədə həmin küçə ilə hərəkət edən sürücülər işıqforun arxasında olan yol nişanını görə bilmirlər.
Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” idarəsindən bildirilib ki, yol nişanlarının işıqforun arxasında yerləşdirilməsi düzgün deyil. Rəhbərlik tərəfindən yol nişanlarının rənglənməsi və ya yenisi ilə əvəz olunması tapşırığı verilib. Həmin işləri həyata keçirən qurum yol nişanını işıqforun kənarında yerləşdirmək əvəzinə, arxasında qoyub.
İdarədən problemin qısa zamanda aradan qaldırılacağı söz verilib.