Bakıda külək davam edəcək
08 İyul 2012 Bazar 05:59
Paytaxtda 32 dərəcəyədək isti gözlənilir.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı , gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa içmalı: İyulun 8-9-da ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar