Bakıda iri çörək zavodu tikilir
03 Avqust 2012 Cümə 15:32
Əhmədli qəsəbəsində inşa olunacaq zavodun gündəlik istehsal gücü 140 ton çörək olacaq.
Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Xəzər rayonunun Türkan qəsəbəsində keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib. Tədbirdə bildirilib ki, SKMF-in xəttilə verilən güzəştli kreditlər hesabına Azərbaycanda illik istehsal gücü 156,3 min ton olan 14 çörək istehsalı müəssisəsi tikiləcək. Fond onların maliyyələşdirilməsinə 13,1 milyon manat ayırıb.
Bakının kənd və qəsəbələri üzrə illik istehsal gücü 123,5 min ton olan 8 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə isə 6 milyon manatadək güzəştli kredit verilib.
Hazırda "Xəzri TN" MMC Əhmədli qəsəbəsində müasir texnologiyaların tətbiqi ilə gündəlik istehsal gücü 140 ton çörək olan zavodun inşasına başlayıb. Zavodun inşasına ilkin mərhələdə 1 milyon manat güzəştli kredit ayrılıb.
DOSTLARINLA PAYLAŞ: