Bakıda İlham Əliyevin sədrliyi ilə konfrans işinə başlayıb
20 İyun 2012 Çərşənbə 12:07
Konfrans "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na həsr olunub.
Bu gün prezidenti İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans işə başlamışdır.
Dövlət başçısı əvvəlcə Dövlət Proqramının birinci ili çərçivəsində Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Dövlət Proqramının birinci ili çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələr barədə prezident İlham Əliyevə məlumat verib.
Dövlət başçısı konfransda çıxış edib.
DOSTLARINLA PAYLAŞ: