Ölkə

Bakıda hərbi hissədə yanğın olub

Yaxınlıqdakı sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

· Xəbərçi
Bakıda hərbi hissədə yanğın olub
Bakının Xəzər rayonunda yerləşən hərbi hissədə yanğın hadisəsi baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinə məxsus “N” saylı hərbi hissənin ərazisində 3 hektar sahədə quru ot yanıb. Yaxınlıqdakı sahələr yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər