Ölkə

Bakıda güclü külək nə vaxtadək davam edəcək?

Bu gün Azərbaycanda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

· Xəbərçi
Bakıda güclü külək nə vaxtadək davam edəcək?
Bu gün Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil, Şıxda 21-22 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

Şərhlər