Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
17 İyun 2012 Bazar 10:43
"Formula- 1" idman şousu ilə bağlı paytaxtda bəzi yollar bağlanacaq .
Bakı şəhər Dövlət Yol Polisi paytaxtın bəzi yollarında "Formula- 1" idman şousunun Neftçilər prospektini və ona paralel küçələr istiqamətində start verilməsinin nəzərə alaraq, avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırır ki, bu gün saat 13:00-dan Neftçilər prospekti, Əziz Əliyev küçəsi kəsişməsində, Azadlıq meydanı istiqaməti, həmçinin Ü. Hacıbəyov küçəsi, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər prospekti, Azneft dairəsinədək avtomobil hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

İdarənin bölmə rəisi Vaqif Əsədov bazar günü Trend-ə bildirib ki, şou iştirakçılarının təhlükəsizliyinin təmin etməsi və onların proqram üzrə hərəkətini rahat və fasiləz təşkil olunması məqsədi ilə xahiş edilir ki, bu istiqamət boyunca şəxsi avtomobillərdən az istifadə edilsin və yaxud alternativ yollardan istifadə edilməsinə üstünlük verilsin.

Saat 13:00-da şou başlayandan sonra Azneft meydanı və Cavanşir körpüsündən qeyd edilən istiqamətlərdə avtomobil hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Bazar günü Bakının mərkəzində, Neftçilər prospektində improvizasiya edilmiş yarış trasında "Formula 1"in "Red Bull Racing" komandasının hazırkı çempionunun nümayiş girişləri baş tutacaq.

Yarış bolidini ən məşhur yarışçılardan biri, Formula 1-in əfsanəsi, Formula 1-in "Red Bull Racing" komandasının üzvü Devid Kulthard idarə edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar