Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Dənizkənarı Milli Parkda 28 May - Respublika Günü münasibətilə rəngarəng bayram konserti təşkil ediblər. AzərTAc xəbər verir ki, saat qülləsinin yanında bir neçə saat davam edən konsertdə şəhərimizin on minlərlə sakini və “Eurovision-2012” mahnı müsabiqəsini izləmək üçün Odlar Yurdu Azərbaycanın paytaxtı Bakıya gəlmiş qonaqlar respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla izləyiblər.
Konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub.
Bakıda atəşfəşanlıq olub
Milli Parkda keçirilən bayram konsertindən on minlərlə adam iştirak edib.




Şərhlər