Bakıda 30 dərəcə isti gözlənilir
24 May 2012 Cümə Axşamı 04:40
Paytaxtda hava yağmursuz keçəcək, mülayim külək əsəcək.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə,
mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq, dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, arabir duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacaq.

Hava şəraitinin qısa icmalı: Yaxın 2 gün ərzində hava şəraitinin gündüz saatlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq, dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar