Bakıda 30 dərəcə isti gözlənilir
19 May 2012 Şənbə 03:05
Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

Hava şəraitinin qısa icmalı: Mayın 19-20-də Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludıu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar