Bakıda 3 nəfər özünü öldürüb
04 İyun 2012 Bazar Ertəsi 10:30
İntihar edənlərdən ikisi 27, biri isə 70 yaşlıdır.
Bakıda istirahət günlərində intihar hadisələri baş verib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Nardaran qəsəbə sakini, 27 yaşlı Vüsal Məmmədov yaşadığı ünvanda özünü asıb.
Digər hadisə Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 27 yaşlı Elvin Mustafayev yaşadığı ünvanda özünü asaraq öldürüb.
Daha bir intihar hadisəsi Bakının Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 70 yaşlı Gülər Gülmalıyeva yaşadığı evin həyətində ağacdan özünü asıb. Hər üç faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: