Ölkə

Bakı metrosu bu gün bütün sutkanı işləyəcək

“Eurovision-2012” mahnı müsabiqəsinin yarımfinal və finalının keçirildiyi günlərdə metro sutka ərzində fəaliyyətini dayandırmayacaq.

· Xəbərçi
Bakı metrosu bu gün bütün sutkanı işləyəcək
Mayın 22-də, “Eurovision-2012” mahnı müsabiqəsinin ilk yarımfinal günü metro bütün sutkanı işlədi. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva Milli.Az-a açıqlamasında bildirib ki, müsabiqənin yarımfinal və final günlərində metronun təsdiqlənmiş iş qrafikində heç bir dəyişiklik yoxdur. Onun sözlərinə görə, mayın 24-ü və 26-da metro gecə-gündüz işləyəcək.

Şərhlər