Azərbaycanın tanınmış vəkili vəfat edib
22 İyun 2012 Cümə 17:36
İsaxan Aşurovun dəfn mərasimi Gürcüstanda təşkil olunacaq
Azərbaycanın tanınmış vəkili İsaxan Aşurov vəfat edib. Bu barədə APA-ya İ.Aşurovun dostu, vəkil Elton Quliyev məlumat verib. E.Quliyev İ.Aşurovun müalicə üçün getdiyi ABŞ-da bu gün saat 14:00 radələrində vəfat etdiyini deyib: “Vəfat etməsinə səbəb xərçəng xəstəliyi olub. Dəfn mərasimi Gürcüstanda təşkil olunacaq. Yəqin orada da dəfn olunacaq”.

İ. Aşurov 1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin ildə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1977-ci ildə həmin fakültəni bitirib. 1977-1981-ci illərdə Qazax Polis Şöbəsində, 1981-84-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq, 1984-89-cu illərdə isə SSRİ DİN-in Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb.

1989-1991-ci illər ərzində Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsi rəis, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləyib.

1996-cı ildən vəkil kimi çalışıb. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.

Ailəlidir, 4 övladı var.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar