Azərbaycanda saxta yolla ipoteka krediti götürülməsi faktı aşkarlanıb
Faktla əlaqədar cinayət işi başlanıb.
“Kapital Bank”ın şöbə müdiri başda olmaqla bir qrup şəxsin saxta üsullarla ipoteka krediti götürməsi faktına görə cinayət işi başlanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini Amil Abdullayevin “Kapital Bank” ASC-nin şöbə müdiri Fərid Bəxtiyarov ilə cinayət əlaqəsinə girərək "Nur" MMC-dən mənzil alması və neft şirkətində işləməsi barədə saxta arayışlar əldə edərək, qayınatası Məhəmməd Əhmədova məxsus Binəqədi rayonundakı mənzili girov qoyaraq "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Yasamal filialından 44000 manat ipoteka krediti götürərək mənimsəyiblər. Onlar DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Faktla əlaqədar cinayət işi başlanıb.




Şərhlər