Azərbaycanda ovun qiyməti açıqlandı (Siyahı)
04 İyun 2012 Bazar Ertəsi 10:52
Ov qadağan edilən yerlər də müəyyən edilib.
Azərbaycanda birdəfəlik ov icazəsinin qiyməti açıqlanıb. ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla verdiyi məlumata görə, bu barədə Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib. Qiymətlər aşağıdakı kimidir.
Dovşan 2 manat 20 qəpik;
Çaqqal 3 manat 96 qəpik;
Yenot və qunduz 1 manat 65 qəpik;
Təkə 24 manat 75 qəpik;
Qaban (çöl donuzu) 16 manat 50 qəpik.
Respublika ərazisində 2012-2013-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları aşağıdakı kimi müəyyən edilib.
Təkə 02 iyun - 20 oktyabr 2012-ci il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
Qaban (çöl donuzu) 15 sentyabr - 22 dekabr 2012-ci il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
Dovşan 10 noyabr 2012-ci il - 12 yanvar 2013-cü il tarixlərində; 2 baş-adambaşına
Bataqlıq qunduzunun (nutriya) 13 oktyabr 2012-ci il-23 fevral 2013-cü il tarixlərində nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir.
Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.
H.Əlizadənin sözlərinə görə, vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:
Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı;
Təkə - Zaqatala, Şəki, Qax, Quba ;
Dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı.
Ov icazəsi isə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır.
Nazirlik rəsmisi Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edildiyini qeyd edib.
DOSTLARINLA PAYLAŞ: