Azərbaycanda ölkə qanunvericiliyinin tələblərini pozan 656 əcnəbi saxlanılıb
02 İyun 2012 Şənbə 11:58
Saxlanılan şəxslər barəsində inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən respublikanın şimal bölgəsində iki gün ərzində aparılan yoxlamalar nəticəsində ümumilikdə 656 əcnəbi saxlanılıb. ANS PRESS-in qrumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 30-31 may 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkənin Quba və Qusar rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 656 əcnəbi aşkar edilib. Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar