Şirvan şəhəri ərazisində müasir körpü tikilir. Bu barədə Day.Az saytına işi icra edən podratçı şirkətdən məlumat veriblər.
Belə ki, Hacıqabul-Horadiz yolunda, Kür çayı üzərindəki körpünün layihəsi hazırdır. Layihəyə əsasən, körpünün uzunluğu 317 metr, eni isə 14,85 metrdir. Körpüdə 2 hərəkət zolağı olacaq. Avtomobil yolunun eni 7,5 metr, səkinin eni isə 1,15 metr olacaq.
Körpü inşasının nə vaxt başa çatacağı hələ bilinmir. Körpünün layihəsini "Texnomost" şirkəti hazırlayıb.