Ölkə

Azərbaycanda Həcc kvotası dolur

Yerlər dolandan sonra bu il üçün sənəd qəbulu dayandırılacaq.

· Xəbərçi
Azərbaycanda Həcc kvotası dolur
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) 2012-ci il üçün Həcc ziyarətinə ayırdığı 2 min nəfərlik kvotanın dolmasına 120 yer qlıb. Bu barədə Modern.az saytına QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.

“Səudiyyə Ərəbistan Krallığı tərəfindən ölkəmizə ayrılan Həcc kvotasında 2 min nəfərlik yer nəzərdə tutulub. Artıq ayrılan kvotada 120 nəfərlik yer qalıb. Bu da yəqin Ramazan ayının başlanğıcına qədər dolacaq. Yerlər dolandan sonra biz sənəd qəbulunu dayandıracağıq”-deyə QMİ rəsmisi bildirib.

Qeyd edək ki, bu il Həcc ziyarətinə avtobusla gediş ləğv olunub. Zəvvarlar müqəddəs ziyarətgaha yalnız təyyarə ilə aparılacaqlar.

Təyyarə ilə gedişdə zəvvarlara iki qiymətdə xidmət göstəriləcək: 3090 manat və 3850 manat. 3090 manat ödəyənlər 6 nəfərlik, 3850 manat ödəyənlər isə 4 nəfərlik mehmanxana otaqlarında qalacaqlar.

Şərhlər