Azərbaycanda havanın temperaturu 37 dərəcəyədək yüksələcək
05 İyun 2012 Çərşənbə Axşamı 12:08
Abşeron çimərliklərində də dəniz suyunun hərarəti artır.
Yaxın iki gündə ölkə ərazisində sabit, yağmursuz hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-20, gündüz 30-34 dərəcə isti təşkil edəcək.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 06-da hava şəraiti gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacaq.
DOSTLARINLA PAYLAŞ: