Azərbaycanda hava şəraiti pisləşəcək
01 İyun 2012 Cümə 13:54
Ayrı-ayrı rayonlarda gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 2-də hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-20, gündüz 23-27 dərəcə isti olacaq.

İyunun 2-də Azərbaycanın ayrı-ayrı rayonlarında gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli keçəcəyi, temperaturun ötən günlərə nisbətən 3-4 dərəcə aşağı enəcəyi proqnozlaşdırılır.

Abşeronun şimal çimərliklərində dəniz suyunun temperaturu 21-22, cənub çimərliklərində isə 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 2-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar