Azərbaycanda əmək qəhrəmanı Solmaz Əliyeva vəfat edib
25 May 2012 Cümə 15:09
Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Solmaz Səməd qızı Əliyeva anadan olduğu Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində 67 yaşında vəfat edib.
APA-nın cənub bürosunun məlumatına görə, Lənkəranın keçmiş Baloğlan Abbasov sovxozunun fəhləsi kimi çalışan Solmaz Əliyeva ötən əsrin 70-ci illərində qabaqcıl tərəvəzçi kimi böyük şöhrət qazanıb. 1973-cü ildə ona əmək nailiyyətlərinə görə, Sosialist Əməyi Qəhrəmanı adı verilib. S.Əliyeva SSRİ Ali Sovetinin, eləcə də 5 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 2002-ci ildən Azərbaycan Respublikası prezidentinin təqaüdçüsü idi.
Uzun illər xalq artisti Zeynəb Xanlarovanın ifa etdiyi, sözləri Şəkər Aslana, musiqisi Emin Sabitoğluna məxsus olan “Kim tanımır Solmazı” mahnısı Solmaz Əliyevanın şəninə yazılıb.
DOSTLARINLA PAYLAŞ: