Azərbaycanda daha bir güclü zəlzələ oldu
15 May 2012 Çərşənbə Axşamı 11:03
Zaqatalada gün ərzində qeydə alınan ikinci zəlzələnin gücü 5 bal olub.
Azərbayda bu gün ərzində ikinci zəlzələ qeydə alınıb. ANS PRESS-in Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadla verdiyi məlumata görə, maqnitudası 4.00 olan yeraltı təkanlar yerli vaxtla saat 09:54-da, Zaqataladan 3.4 km Cənubi-Şərqdə qeydə alınıb. Zəlzələ episentrdə 5 bal yaxın, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. İnsan təlafatı yoxdur. Qeyd edək ki, bu gün gecə saat 05:30-da da Zaqatalada maqnitudası 3.00 olan yeraltı təkanlar qeydə alınıb.
DOSTLARINLA PAYLAŞ: