Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18, gündüz 25-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 17-22 dərəcə isti olacaq.
Hava şəraitinin qısa icmalı: Mayın 12-13-də Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mayın 13-də axşam bəzi yerlərdə qısamüddətili az yağış yağacağı ehtimalı var.
Qeyd edək ki, mayın 10-da Bakıda orta sutkalıq temperatur iqlim normasından 6.0 dərəcə yuxarı olmuş, havanın maksimal temperaturu isə Bakıda 29.0 dərəcə isti təşkil edib ki, bununla da 10 may 1926-cı il tarixində olan sutkalıq rekord göstərici (28.1 dərəcə) yenilənib.
Azərbaycanda 32 dərəcə isti gözlənilir
Bakıda 29 dərəcəyədək isti olacaq.




Şərhlər