Ölkə

Azərbaycan xalçaları Ermənistanda

Ötən il bu ölkəyə 8,5 min dolar dəyərində xalılarımız aparılıb.

· Xəbərçi
Azərbaycan xalçaları Ermənistanda
Ötən il Ermənistana Azərbaycana məxsus olan ümumi dəyəri 8,5 min dollar olan 29,9 kvadrat metr xalı keçirilib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə informasiya Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəsmi saytına yerləşdirilib. Ermənistana həmçinin Əfqanıstan, Polşa, Belçika və digər ölkələrin də xalçaları idxal edilir. Qeyd edək ki, 2011-ci ildə Ermənistana ümimilikdə 69,5 min kvadrat metr, 2010-cu ildə isə 72,4 min kvadrat metr xalça idxal edilib.

Şərhlər