Ölkə

Azərbaycan səmasında naməlum uçan obyekt görünüb

Obyekt səmada olduğu müddətdə ərazidə mobil rabitə kəsilib.

· Xəbərçi
Azərbaycan səmasında naməlum uçan obyekt görünüb
Goycay-İsmayıllı-Qəbələ səmasında saat 22.50 radələrində qeyri-adi parlaq uçan obyekt görünüb. Obyekt əvvəl üçbucaq, sonra isə kürə şəklində olub. Çox hündürdə olan obyekt qərbdən şərqə doğru hərəkət edib və 3 dəqiqə ərzində görünüb. Şahidlər bu müddət ərzində sanki partlayış baş verdiyini, həmin zaman səmanın süd rənginə büründüyünü bildirirlər. Obyektin sürəti yüksək olmayıb, hətta onun sanki dayandığı versiyası da var. Şahidlər onun hərəkətinin müşahidə aparmaq, şəkil çəkməyə bənzədiyi qənaətindədirlər. Obyekt səmada olduğu müddətdə ərazidə mobil rabitə kəsilib. Obyektin diametri gözlə 3-5 metr görünüb.

Obyekt ölkənin digər bölgələrində, cənub zonasında, Abşeron yarımadasında, Qax-Zaqatala bölgəsində də görünüb.

Şərhlər