Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərdə birgə əməliyyat keçirib
02 İyun 2012 Şənbə 11:46
Brakonyerliyə qarşı əməliyyat nəticəsində sərhədyanı ərazilərdə rejimi pozan 130 nəfər saxlanılıb.
Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərdə brakonyerliyə qarşı birgə əməliyyat keçirib. ANS PRESS-in RİA "Novosti"yə verdiyi məlumata görə, iki ay davam edən əməliyyat zamanı 130 kilometrdən çox tor və 670 qarmaq müsadirə edilib.

Əməliyyat Həştərxan vilayəti və Dağıstan Respublikası, habelə Qazaxstan və Azərbaycanın sahil qurumları tərəfindən keçirilib. Birgə səylər nəticəsində dövlət sərhədini pozan 20-dən çox insan və sərhəd, sərhədyanı ərazilərdə rejimi pozan 130 nəfər saxlanılıb.

25-dən çox gəmi və 800 kiçikölçülü üzmə vasitələri yoxlanılıb, 90-dan çox motorlu qayıq ələ keçirilib. Sərhədyanı ərazilərdə qurulan 5 brakonyer dayanacağı aşkar edilərək məhv edilib. Saxlanılan brakonyerlərdən təqribən 1 ton nərə ələ keçirilib. 2 min tondan çox nərə balığı dənizə buraxılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar