Azərbaycan çaylarında sululuq nə vəziyyətdədir?
01 İyun 2012 Cümə 15:39
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı rəsmi məlumat yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı rəsmi məlumat yayıb. ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, bu gün Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 75-105, Kiçik Qafqazın çaylarında 65-105, Lənkəran-Astara bölgəsi çaylarında 55-85, Naxçıvan MR çaylarında isə 20-25 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 477 m3/san olmaqla, ongünlük normanın 75 faizini təşkil edir (2011-ci ildə 572 m3/san olmaqla 95 faizini təşkil edirdi).

Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 204 m3/san olmaqla, ongünlük normanın 104 faizini təşkil edir (2011-ci ildə 222 m3/san olmaqla 113 faizini təşkil edirdi).

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 375 sm (2011-ci il iyunun 01-də 652 sm), Şirvanda 245 sm (2011-ci il iyunun 01-də 577 sm), Salyanda 203 sm (2011-ci il iyunun 01-də 550 sm), Bankədə 223 sm (2011-ci il iyunun 01-də 353 sm), Araz çayının Novruzlu məntəqəsində isə 98 sm (2011-ci il iyunun 01-də 385 sm) təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar