Ölkə

Azərbaycan beynəlxalq avtomobil daşımalarına dair müzakirələrdə iştirak edəcək

İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Avtomobil Daşıyıcıları İttifaqının 2-ci Regional Konfransı keçiriləcək.

· Xəbərçi
Azərbaycan beynəlxalq avtomobil daşımalarına dair müzakirələrdə iştirak edəcək
İyunun 29-30-da İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Avtomobil Daşıyıcıları İttifaqının 2-ci Regional Konfransı keçiriləcək. Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, toplantıda region ölkələrində avtomobil daşınmasının müasir vəziyyəti və perspektiv planlar müzakirə ediləcək.

Konfransda Azərbaycan Nəqliyyat Nazirliyinin və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Şərhlər