Azadlıq qəzeti yenidən satışda
05 Avqust 2014 Çərşənbə Axşamı 20:07
Sabahdan Azadlıq qəzeti satışda olacaq. Qəzet Azərbaycan nəşriyyatına olan borcunun müəyyən hissəsini ödəyib.
Sabahdan “Azadlıq” qəzeti satışda olacaq.

ANS PRESS-in məlumatına görə, bu haqda “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli bildirib.

Onun sözlərinə görə, qəzet “Azərbaycan” nəşriyyatına olan borcunun müəyyən hissəsini ödədiyi üçün onların çapına icazə verilib.

“Avqustun 15-nə kimi nəşriyyata borcumuzun qalan hissəsini də ödəməliyik. Əks halda problemimiz yenidən yaranacaq. Qəzetin çapının dayanmaması üçün qalan borcumuzu da ödəməyə çalışacağıq ”, - deyə Rövşən Hacıbəyli qeyd edib.

Rövşən Hacıbəyli “Qasid” firmasının qəzetə olan borcunun qaytarılmadığını bildirdi və şirkətin qarşısında etiraz aksiyaları keçiriləcəyini söylədi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar