Atəşkəs pozulub
12 May 2012 Şənbə 10:13
Milli Ordunun mövqeləri 4 istiqamətdən atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 11-də atəşkəsi ozub. Erməni ordusu saat 14.15-dən 14.20-dək və 17.50-dən 18.10-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, saat 10.40-dan 10.55-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 23.00-dan 23.20-dək Tərtər rayonunun Seysulan kəndi, mayın 12-də saat 06.05-dən 06.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuta xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar