Arzu Rəhimov: Hərbi çağırışla əlaqədar heç bir şikayət daxil olmayıb
18 İyun 2012 Bazar Ertəsi 12:09
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən işlər görülüb, hərbi çağırış həyata keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yarandığı dövrdən indiyədək Hərbi Prokurorluğa hər hansı qanunsuzluqla bağlı heç bir məlumat, ərizə, şikayət daxil olmayıb. Trend-in məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəisi Arzu Rəhimov bazar ertəsi jurnalistlərə deyib. O bildirib ki, artıq bu xidmət tərəfindən müəyyən işlər görülüb, hərbi çağırış həyata keçirilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda hərbi çağırışı respublikanın hərbi komissarlıqları tərəfindən həyata keçirilirdi. Hərbi çağırışla əlaqədar çoxsaylı qanun pozuntuları barədə bir neçə rayonun hərbi komissarlıqları ilə bağlı çinayət işləri başlamışdı. Bununla əlaqədar hərbi komissarlıqlar ləğv olunub, əvəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar