Arif Yunus dövlətə xəyanət edib
05 Avqust 2014 Çərşənbə Axşamı 19:07
“Sülh və Demokratiya İnstitutu”nun əməkdaşı, Leyla Yunusun həyat yoldaşı Arif Yunus barəsində həbs-qəti imkan tədbiri seçilib.
“Sülh və Demokratiya İnstitutu”nun əməkdaşı, Leyla Yunusun həyat yoldaşı Arif Yunus barəsində həbs-qəti imkan tədbiri seçilib.

ANS TV-nin məlumatına görə, məhkəmə Arif Yunusun barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Baş Prokurorluğun məlumatına görə, Arif Yunusov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarına qəsdən kömək edərək dövlətə xəyanət etmə və dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə şübhəli bilinir.

Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın gedişinə mane olub, istintaqın çağırışlarına üzürlü səbəblər olmadan gəlməyib. Kifayət qədər dəlillərin olmasına baxmayaraq, səhhətilə əlaqədar humanizm prinsipləri rəhbər tutulub və polisin nəzarəti altına vermə növündə qəti imkan tədbiri seçilib. Lakin bütün bunlara baxmayaraq Arif Yunusov cinayət-prosessual qanunvericiliyin tələblərinin pozuntusu hallarına yol verib. Ona görə də əvvəl seçilmiş qəti imkan tədbiri dəyişdirilərək Arif Yunusovun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib.

İyulun 30-da isə Leyla Yunus dövlətə xəyanət, dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma, rəsmi sənədləri saxtalaşdırma maddələr ilə təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar