ANS yeni loqosunun tanıtım aksiyasını keçirtdi.
Bu gün ANS özünün yeni korporotiv üslubunu tmaşaçılarına tanıtmaq üçün fərqli bir tanıtım aksiyası keçirdi. ANS PRESS-in verdiyi məlumata görə, ANS-çilər şəhərin müxtəlif yerlərində tamaşaçılarına sürpriz təşkil etmişdi.
"Harley Davidson" motosikllləri ilə Bayıldan şəhərin mərkəzinə yola düşən ANS-çilər burada üzərində ANS-in yeni loqosu ilə şarları tamaşaçıların təqdim etdi. Bu aksiya həm uşaqların, həm gənclərin, həm də, böyüklərin marağına səbəb oldu.
ANS-in bu dəyişikliyinə müxtəlif reaksiya verənlər də oldu. Lakin ANS sevərlərin çoxu bu dəyişikliyə çox məmnun olduqlarını bildirdilər.
Qeyd edək ki, ANS üçün yeni loqotip müxtəlif naxışların əsasında əsas forma – rombdur. Romb - yeni loqotip, eləcə də bütünlükdə korporativ üslub üçün əsas götürüləcək. Loqotip bir yerdə qoyulan üç rombdan ibarət olan bərabərtərəfli altıbucaq formasında olacaq. Üç romba üç hərf – A, N və S yazılacaq.
Loqotipin bir neçə mənası var:
1. Romb – Şərq naxışının əsas tərkib hissəsi
2. Üç romb birlikdə –naxışın hissəsi
3. Üç hərf yazılmış üç romb – telekanalın adı
4. Üç romb – qutu – televizor və kameranın əsas forması
5. Qutu – onu açmaq mümkündür və içində hər zaman nə isə yeni, çoxdan gözlənilən, sürpriz nə isə olur.
Sonda istərdik ANS tarixinə bir daha nəzər yetirək:
ANS üç nəfər gənc Azərbaycanlı jurnalist, Vahid və Seyfulla Mustafayev qardaşları və Mirşahin Ağayev tərəfindən yaradılıb. Onlar Bakı şəhərində dərc olunan "Azərbaycan" qəzetində işləyəndə tanış olmuşdular. Yeri gəlmişkən, bu mətbu orqanı ölkəmizdə dərc olunan ilk müstəqil qəzet idi. Hər üç gənc televiziya jurnalistikasına böyük əhəmiyyət verirdilər. Onların ən böyük arzusu televiziyanın və radionun daxil olacağı müstəqil media qrup yaratmaq idi...
ANS Şirkətlər Qrupunun uzun və fərqli bir tarixi var. ANS TV keçmiş SSRİ məkanında yaranan ilk televiziya agentliyidir. Azərbaycanın dövlət müstəqilliyindən 8 ay əvvəl, 9 mart 1991-ci ildə ANS-TV Yayım və Media Şirkəti yaranır. Sözsüz ki, bu, Azərbaycanda o zaman mövcud olan demokratik durumun təzahürü idi.
ANS Media sahəsində öz mövqelərini daha da möhkəmləndirdi. İlk Xəbər agentliyi (ANS-PRESS), ilk radiostansiyanın (ANS ÇM), ilk internet təminatı xidmətinin (ANS-DX) təməli qoyuldu.
Sonralar ANS-Kommers, ANS-Press Nəşriyyat Evi, Baki-Film, VMF, “Allstar”, “Azman Co”, “Dadlılar” Fabriki bir-birinin ardınca fəaliyyətə başladı.