Prezident İlham Əliyev “Ş.A.Məmmədovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb. Məlumatı AzərTAc yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Şəlalə Ağakərim qızı Məmmədova “Şöhrət” ordeni ilə təltif edilib.
Ali Məhkəmənin kollegiya sədri Şəlalə Məmmədovaya “Şöhrət” ordeni verildi
Dövlət başçısı Şəlalə Məmmədovanın məhkəmə orqanlarındakı səmərəli fəaliyyətini nəzərə alıb.




Şərhlər