AİF-in istiqraz emissiyasının növbəti yerləşdirilməsinə başlanılır
18 May 2012 Cümə 17:03
Gələn həftə hərraca ilkin olaraq 3 milyon manat həcmində istiqraz çıxarılacaq.
Gələn həftə mayın 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək. AİF-dən ANS PRESS-ə verilən məlumata görə, hərraca ilkin olaraq 3 milyon manat həcmində istiqraz çıxarılacaq.
İstiqrazlar 100,5583% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2022-ci il yanvarın 22-də icra olunacaq. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti bu ilin yanvarında qeydə alınıb. Emissiyanın ümumi həcmi 30 milyon manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. İndiyədək sözügedən emissiyanın 11 milyon manatı yerləşdirilib.
DOSTLARINLA PAYLAŞ: