Ağcabədidə yonca müsabiqəsi keçirilib
22 İyun 2012 Cümə 05:31
Qaliblər kənd təsərrüfatında istifadə olunun kiçik ölçülü avadanlıqla mükafatlandırılıblar.
İsveçrə dövlətinin maliyyə dəstəyi ilə Aqro İnformasiya Mərkəzi (AİM) və İsveçrənin HEKS təşkilatının birgə həyata keçirdiyi “Heyvandarlıq resurslarına və bazarlarına çıxışın təmin olunması” (FARMS) Əməkdaşlıq Layihəsinin, Ağcabədi Rayon İcra Hakimiyyətinin və Beyləqan rayonunda yerləşən “Mil” təcrübə sort sınaq məntəqəsinin dəstəyi ilə Ağcabədi rayonunun Pərioğullar kəndində “Yaxşı yonca otunun becərilməsi müsabiqəsi” keçirilib.
məlumata görə, tədbirdə fermerlər, kənd icra nümayəndələri və bələdiyyə üzvləri, AİM və HEKS Azərbaycan təşkilatlarının əməkdaşları iştirak ediblər.
AİM-FARMS əməkdaşlıq layihəsinin rəhbəri İlkin İbrahimov, “Mil” təcrübə sort sınaq məntəqəsinin direktoru İmamverdi Alıyev, Atena Süd Kombinatının nümayəndəsi Həsən Aslanov, “Torpaq, su və yem analizi laboratoriyası”nın direktoru Məhərrəm Haqverdiyev, HEKS Azərbaycan təşkilatının nümayəndəsi Luka Hib və başqaları tədbirdə çıxış edərək, heyvandarlıq sektorunda yonca bitkisinin yaşıl və qaba yem kimi əhəmiyyətindən danışmış, yaxşı yonca otunun becərilməsi üçün tövsiyələr veriblər.
Tədbirin sonunda yonca məhsullarını nümayiş etdirən fermerlərin ot kiplərinə baxış keçirilib. Baxış zamanı münsiflər heyəti tərəfindən 3 nəfər qalib müəyyənləşdirilib. Qaliblər kənd təsərrüfatında istifadə olunun kiçik ölçülü avadanlıqla mükafatlandırılıblar.
DOSTLARINLA PAYLAŞ: