Ölkə

3 nəfərə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib

Ölkə başçısı fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.

· Xəbərçi
3 nəfərə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib
Prezident İlham Əliyev bir sıra şəxslərə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ölkə başçısı Pərvin Xəyyam oğlu Mirzəzadəyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Elxan Çərkəz oğlu Azayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Azərbaycan Prezidenti, həmçinin Məsim Abdulla oğlu Hacıyevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Şərhlər