Sığorta haqlarının mebleği azaldı
07 Yanvar 2014 Çərşənbə Axşamı 15:49
İcbari sığortaya celb olunan avtoneqliyyat vasitelerinın sığorta haqlarının mebleği 69,3 milyon manat teşkil edib.
2013-cü ilde icbari sığortaya celb olunan avtoneqliyyat vasitelerinin sayı 911 minden çox olub. İcbari Sığorta Bürosundan ANS PRESS-e verilen melumata göre, 2013-cü ilin dekabr ayı erzinde 55,8 min avtoneqliyyat vasitesi sahiblerinin mülki mesuliyyetinin icbari sığorta müqavilesi bağlanıb ki, bunların 19,8 mine qederini xarici ölkede qeydiyyata alınmış ve Azerbaycan Respublikasına tranzit meqsedile daxil olan avtoneqliyyat vasiteleri teşkil edib. Gösterilen dövrde bağlanmış icbari sığorta müqavileleri üzre daxil olan sığorta haqlarının mebleği 3,9 milyon manatdan çox olub.

Ümumilikde 2013-cü ilin yanvar-dekabr ayları erzinde “Avtoneqliyyat vasitesi sahiblerinin mülki mesuliyyetinin icbari sığortası” üzre 911,9 minden çox sığorta müqavilesi bağlanıb. Bu müqavileler üzre daxil olan sığorta haqlarının mebleği 69,3 milyon manat teşkil edib.

2012-ci ille müqayisede 2013-cü ilde sığorta müqavilelerinin sayında 0,5%, sığorta haqlarının mebleğinde 3,6% azalma müşahide edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar