Zeyvə kəndində həyat yoldaşı hamilə olan kişi özünü asıb
24 Sentyabr 2014 Çərşənbə 10:30
Zeyvə kəndində ailələrin birində dəhşət yaşanıb. Həyat yoldaşı hamilə olan kişi özünü asıb.
Ötən gecə Şabran rayonunda ailələrin birində dəhşət yaşanıb.

Şabran rayon polis şöbəsinin rəisi Əli Mərdanovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə rayonun Zeyvə kəndində baş verib.

Kənd sakini 1990-cı il təvəllüdlü Dilqəm Məlikməmməd oğlu Nuriyevin yaşadığı evin həyətində asılmış meyidi tapılıb. Məlumat daxil olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gediblər. Araşdırmalar nəticəsində məlum olub ki, Dilqəm Nuriyev intihar edib.

Qeyd edək ki, Dilqəm Nuriyev evli olub və həyat yoldaşı hamilədir. Onun ailəsində problemlər olduğu deyilir. Lakin intiharın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci maddəsilə cinayət işi başlanıb, istintaq gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar