Bakıda qız qardaşı tərəfindən zorlanmasını videoya çəkdi
06 Sentyabr 2013 Cümə 01:34
Əsəbiləşərək bacımın üzünə bir sillə vurdum, sonra bacımla qeyri-təbii yolla cinsi əlaqədə oldum.
1990-cı ildə Bakı şəhərində anadan olmuş Anar Məmmədov 2012-ci ilin yanvar ayının əvvəllərində ailəsinin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsində 17 yaşlı bacısı T. M. ilə təklikdə qalıb. Anar həmin vaxt bacısına zor tətbiq etməklə güclə onunla cinsi əlaqədə olmağa başlayıb. Bu vaxt T. M.-nin burnundan qan axması nəticəsində Anar Məmmədov hərəkətlərini dayandırıb.

Bundan sonra, Anar Məmmədov həmin ilin mayında yaşadıqları evdə bacısı ilə yenidən təklikdə qalıb. Bu zaman Anar Məmmədov qeyri-təbii yolla bacısı ilə təkrar cinsi əladədə olub.

Anar Məmmədov 26 yanvar 2013-cü il tarixdə, təxminən saat 18.00 radələrində yaşadıqları evdə T. M. ilə yenə də təklikdə qalıb. O, bacısı ilə cinsi əlaqədə olmaq istəyib. Bu zaman bacısına sillə vuraraq və psixoloji təzyiq edərək zor tətbiq edib. O, bacısı ilə növbəti dəfə zorakılıq yolu ilə cinsi əlaqədə olub.

“Əsəbi olduğumdan uşaqlıqdan bacılarım ilə kobud davranmışam”

Bu əməlləri ilə Anar Məmmədov Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə), 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Anar Məmmədov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, onun 8 bacısı və 2 qardaşı var: “Atam 2003-cü ildə dünyasını dəyişib, böyük qardaşım ilə böyük bacım ailə qurub və ayrı yaşayırlar. 8 uşaq anamla birlikdə yaşayırıq. Quba rayonunda da evimiz var. Həmin ev Ə.Nərimanov küçəsi, ev 169 ünvanda yerləşir. Yayda ailələmiz orada qalır, lakin xoşlamadığım üçün adətən oraya getmir və Bakıda qalırdım. Əsəbi olduğumdan uşaqlıqdan bacılarım ilə kobud davranmışam. Əsəbləşəndə bacılarımı nalayiq ifadələrlə söymüşəm”.

“Özümdən asılı olmayaraq, ehtirasa gəldim və bacımla cinsi əlaqədə olmaq istədim”

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, səkkiz il kikboksinqlə məşğul olub və 1-ci idman dərəcəsi var: “Yanvarın 26-da, gündüz saatlarında yatmışdım. Saat təxminən 18.00 radələrində bacım V. M. məni yuxudan oyatdı ki, “biz gedirik, dur Tunuş (yəni T. M.) yerləri yığsın”. Mən də yuxudan durdum, bir stəkan su içdim. Bir az sonra bacılarım evdən bayıra çıxdı. Mən evdə T. M. ilə tək qaldım. Qapını T. M. bağladı. Bundan sonra özümdən asılı olmayaraq ehtirasa gəldim və bacım ilə cinsi əlaqədə olmaq istədim. Bacıma yaxınlaşaraq əynimdəki köynəyini çıxartmağa başladım. Bacım mənə eləmə, "istəmirəm" desə də, əl çəkmədim. Bacıma "arxadan olacağam, qabaqdan olmayacağam" dedim. Bacım yenə də olmaq istəmədi. Əsəbiləşərək bacımın üzünə bir sillə vurdum. Sonra bacımla qeyri-təbii yolla cinsi əlaqədə oldum”.

“Qardaşım mənimlə cinsi əlaqədə olanda ağrıdan burnumdan qan gəldi”

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş T. M. ifadəsində göstərib ki, 2012-ci ilin yanvar ayında qardaşı Anar evdə heç kəsin olmadığından istifadə edərək onun paltarlarını soyundurub və özü də soyunaraq onu qeyri-təbii yolla cinsi əlaqəyə məcbur edib: “Qardaşıma əllərim ilə müqavimət göstərirmişəm. Lakin Anar güclü olduğu üçün məni soyundurdu. Anar özü də soyunub həmin vaxt məni qonaq otağında olan çarpayıya ağızı üstə uzandırdı. Mənimlə cinsi əlaqədə olmağa başladı. Anar mənimlə cinsi əlaqədə olan zaman ağrıdan burnumdan qan gəldi. Anar burnumdan qan gəldiyini gördü və ayağa qalxdı. Mənə əynimi geyinməyimi və bu haqda kiməsə biz söz deməməyi tapşırdı. Deyəcəyim təqdirdə məni öldürəcəyi ilə hədələdi. Anardan qorxaraq baş verənlərlə bağlı heç kimə bir söz demədim”.

Qardaşı tərəfindən zorlanan qız daha sonra ifadəsində qeyd edib ki, 2012-ci ilin may ayında Anarla evdə yenə də tək qalıb: “Anar evdə tək olmağımızdan istifadə edərək yenə də zorla məni soyundurdu və ağzı üstə çarpayıya uzandırdı. Qışqırmayım deyə əlləri ilə ağzımı tutaraq mənimlə cinsi əlaqədə oldu”.

“Bacıma zorlandığımı dedim”

Qeyd edək ki, T. M. ifadəsinin bu hissəsində qardaşı tərəfindən zorlanmasını çılpaqlığı ilə danışıb. Hətta yetkinlik yaşına çatmayan qız ifadəsininin bu hissəsində qardaşı tərəfindən ona qarşı ən çirkin seksual hərəkətlər edildiyi barədə danışıb. Buna görə də zərərçəkmişin həmin ifadəsini yazmırıq...

Zərərçəkmiş daha sonra ifadəsində bildirib ki, Anardan qorxduğu üçün bu dəfə də heç kimə heç nə deməyib. Onun sözlərinə görə, təxminən sentyabr ayında rayona gedib: “Həmin vaxt Anardan bir yaş böyük olan bacım X. M.-ya Anarın məni arxadan zorlamasını dedim, X. M. də mənə inandı. Bu haqda Bakıya qayıdan kimi bacılarıma danışacağını dedi”.

“Anarın hərəkətləri kameraya düşsün deyə qonaq otağına keçdim”

O, daha sonra bildirib ki, dekabr ayının sonlarında Bakıya gəldikdən sonra X. M. digər bacılarına bu haqda danışıb: Bacılarım ilə belə qərara gəldik ki, polisə desək, Anar heç nəyi boynuna almayacaq. Ona görə də bacım V. M. təklif etd ki, bir kamera alsın, məni evdə Anarla yenə də tək qoysunlar, Anar həmin vaxt mənimlə zorla cinsi əlaqədə olmaq istəyəcək, həmin hadisə kameraya çəkildikdən sonra Anarın əxlaqsız hərəkətlərini sübut edə bilərlər. Bu məqsədlə bacım V. M. videokameralı “SONY” markalı fotoaparat aldı. 26 yanvar 2013-cü il tarixdə bacılarım və Anar evdə olduq. Axşam tərəfi bacılarım marketə getdi, Anar isə həmin vaxtı yatmışdı. Kameranı qonaq otağında olan servantın üstündə quraşdırmışdıq. Bundan sonra böyük bacım Anarı səsləyərək yuxudan oyatdı, sonra digər bacım ilə birlikdə evdən çıxanda Anar artıq yuxudan oyanmışdı. Bacılarımın evdə olmadığını bilən Anar ayağa qalxdı. Anar mənə yaxınlaşaraq öpərək qucaqlamağa başladı. Anarın hərəkətləri kameraya düşsün deyə qonaq otağına keçdim.

Zərərçəkmiş şəxsin sözlərinə görə, qız "mənimlə işin olmasın" desə də, Anar ondan əl çəkməyib. Onun ifadəsinə görə, Anar onu qucaqlayaraq soyundurub. Zərərçəkmiş deyib ki, Anar özü də soyunaraq onu cinsi əlaqəyə girməyə məcbur edib. Zərərçəkmiş ifadəsində bildirib ki, Anarın yenə də onunla qeyri-təbii yolla cinsi əlaqədə olacağını fikirləşib. Amma bu dəfə Anar yetkinlik yaşına çatmayan qızın bakirləliyi pozub. Zərərçəkmiş qız ifadəsinin bu hissəsində də qardaşı ilə cinsi əlaqədə olmasını çılpaqlığı ilə danışıb. Anar Məmmədovun bacısına qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı ifadəni dərc etmirik.

“Qardaşımdan başqa heç kimlə cinsi əlaqədə olmamışam”

Zərərçəkmiş ifadəsinin sonunda qeyd edib ki, qardaşı ilə cinsi əlaqədə olmasını videoya çəkib və həmin çəkilişi böyük bacısı ilə birlikdə 7-ci polis bölməsinə aparıblar. Onun sözlərinə görə, video çəkilişi polisə təqdim edərək Anar Məmmədovdan şikayət ərizəsi veriblər: “Anar mənimlə cinsi əlaqədə olduğu zaman zorakılıq edib. Həmin vaxt qardaşım məni həm vurub, həm də dişləyib. Həmin vaxtdan xeyli müddət keçdiyi üçün izləri qalmayıb. Anar əsasən, kürəyimdən vuraraq qollarımı burub. Anara gücüm çatmayıb. Buna görə də Anara xəsarət yetirə bilməmişəm. Qardaşımdan başqa heç kimlə cinsi əlaqədə olmamışam”.

Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin bacısı V. M ifadəsində göstərib ki, onların ailələri 13 nəfərdən ibarət olub. Üç qardaş və səkkiz bacı olduqlarını qeyd edən şahid ifadəsində qeyd edib ki, atası 9 may 2003-cü il tarixdə vəfat edib: “Atam vəfat etdikdən sonra anam ancaq alverlə məşğul olub, ailənin tərbiyəsinə demək olar ki, fikir verməyib. Ailədə bacı-qardaş arasında münasibətimiz əvvəllər normal olub. Sonradan anam uşaqların üzərində nəzarəti itirdikdən sonra qardaşım Anar özünü evdə böyük kimi aparmağa başladı, Anar bir müddət idmanla məşğul olub, lakin idmanı atdıqdan sonra ona bir çox mənfi xüsusiyyətlər aşkar olundu. Anar heç bir səbəb olmadan xırda bir şeyin üstündə bizi küçə söyüşləri ilə söyüb təhqir edib. Evdə olanda dəfələrlə görmüşəm ki, Anar özündən balaca bacılarımı döyüb. Buna görə də Anarla aramızda bir neçə dəfə mübahisə olub”.

Daha sonra ailənin böyük qızı ifadəsində bacısı T. M.-nın qardaşı tərəfindən zorlanmasını, əvvəlcə buna inanmadığını ifadəsində göstərib. Daha sonra qeyd edib ki, video çəkilişdən sonra qardaşının hərəkətini görüb və polisə şikayət edib.

Məhkəmə bütün tərəfləri dinləyəndən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Anar Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar