Hadisə

Əsgərimiz Cavad Qocayev şəhid oldu

Milli Ordumuzun əsgəri Cavad Qocayev minaya düşərək dünyasını dəyişib.

· Xəbərçi
Əsgərimiz Cavad Qocayev şəhid oldu
Azərbaycan Ordusunun əsgəri Cavad Qocayev minaya düşüb.

ANS PRESS-in məlumatın görə, N saylı hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Cavad Cəlil oğlu Qocayev hadisə nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, şəhid olan əsgər Cavad Qocayev Oğuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Şəhid bu gün sat 13 radələrində doğulduğu Oğuz rayonunun Bucağ kəndində dəfn olunacaq.

Allah rəhmət eləsin!

Şərhlər