Salyanda maşın kollektora düşüb, sürücü vəfat edib
26 Fevral 2015 Cümə Axşamı 12:07
FHN xilasediciləri Məmmədov Məhəbbət Səyyad oğlunun meyitini avtomobildən çıxarıb.
Salyanda sürücünün ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, Salyan rayonunda Məmmədov Məhəbbət Səyyad oğluna məxsus “VAZ” markalı minik avtomobili kollektora düşüb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub.

M.Məmmədovun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 00:43-də başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar