İtkin gəlinin meyiti bir ay sonra meşədən tapıldı - Əri öldürüb
27 May 2016 Cümə 10:10
Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan azərbaycanlı gəlinlə bağlı yeni məlumatlar ortaya çıxıb.
T oyundan bir həftə sonra yoxa çıxan azərbaycanlı gəlin Gülnarə Vəliyevanın meyiti Peterburqun Petrodoveretsk rayonu yaxınlığındakı meşədən tapılıb.

Gənc qadının meyiti meşəlik ərazidən tapılıb. Bu barədə onun həyat yoldaşı Samir Həbibov istintaqa verdiyi ilkin ifadə zamanı bildirib. Samir onu da qeyd edib ki, Gülnarə Vəliyevanı ehtiyatsızlıqdan öldürüb.

Hazırda meyit ekspertizaya aparılıb. Məhz bundan sonra ölümün səbəbi bəlli olacaq.
 
LENTAZ


DOSTLARINLA PAYLAŞ:

oyunlar