Bakıda yaşayış binasında yanğın hadisəsi qeydə alınıb
09 Mart 2015 Bazar Ertəsi 00:10
Bir nəfər yanğınsöndürənlər tərəfindən yanğından xilas edilib.
Bakıda yanğın hadisəsi qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə,Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 115 kv.m olan taxta konstruksiyalardan ibarət ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Yanğın zamanı bir nəfər vətəndaş yanğınsöndürənlər tərəfindən yanğından xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 21:20-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar