Hadisə

Zərdabda 22 yaşlı gəncə çaqallar hücum edib

Rövşən Mikayılov böyürtkən toplayarkən vəhşi heyvanların hücumuna məruz qalıb

· Xəbərçi
Zərdabda 22 yaşlı gəncə çaqallar hücum edib

 

Zərdab rayonunda 21 yaşlı gəncə çaqqalar hücum edib. ANS PRESS-in bölgə müxbirinin  məlumatına görə, hadisə ötən gün rayonun Əlibəyli kəndində qeydə alınıb. Belə ki, kənddən arılada böyürtkən toplayan Rövşən Baba oğlu Mikayılov 2-3 vəhşi heyvanın hücumuna məruz qalıb.

R.Mikayılov dərhal Zərdab rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona quduzluğa qarşı vaksin vurulub və evə buraxılıb.

Kənd sakinlərinin sözlərinə görə, bu vəziyyət ənənəvi hal alıb. Buna səbəb isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vəhşi heyvanların ovlanmasına qoyulan qadağa olub./ANS PRESS/

 

Şərhlər