Zarafat Kürdəmiri pərən-pərən saldı
17 Dekabr 2009 Cümə Axşamı 11:25
Zarafat Kürdəmiri pərən-pərən saldı. Naməlum şəxs əməlini zarafat etməsi ilə izah edib.
Kürdəmir rayonunda bomba həyəcanı yaşanıb. Kürdəmir rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxs bu gün saat 01.20 radələrində Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng vuraraq rayon ərazisindəki Atakişili kənd orta məktəbinə bomba qoyulması barədə məlumat verib.
Daxil olmuş məlumat əsasında rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan axtaış nəticəsində məlumat təsdiqini tapmayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yanlış məlumat verən şəxs müəyyən edilib. Məlum olub ki, anonim zəng Bakının Səbayel rayonu ərazisində quraşdırılan toksofondan elə həmin rayonun sakini tərəfindən edilib. Adı açıqlanmayan həmin şəxs zarafat etdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: