Zaqatalada göbələkdən kütləvi zəhərlənmə: ölən var
26 Oktyabr 2013 Şənbə 11:16
Zəhərlənənlər arasında vəziyyəti ağır olan 10 yaşlı Zümrüd Balaşovanın həyatını xilas etmək mümkün olmayıb.
Ötən gecə Zaqatala rayonunda göbələkdən kütləvi zəhərlənmə baş verib. Zaqatala Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Nadir Hünərbəylinin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, iki ailə üzvləri göbələkdən zəhərlənib.

Belə ki, Zaqatala şəhəri, Anar Həmidov küçəsi 156 ünvanında yaşayan ailənin 4 üzvü göbələr yeməyindən zəhərlənib.
Belə ki, 1955-ci il təvəllüdlü Xalidə Abdulməcid qızı Osmanova, onun iki oğlu, 1976-cı il təvəllüdlü Əli Osman oğlu Osmanov və 1982-ci il təvəllüdlü Elçin Osman oğlu Osmanov və ailənin gəlini, 1979-cu il təvəllüdlü Sahibə Urerat qızı Osmanova güclü zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olublar. Xəstələrə ilkin yardım göstərildikdən sonra onlar müalicələrini davam etdirmək üçün həkim nəzarəti altında Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, oktyabr ayının 23-də də Zaqatala rayonundan göbələkdən zəhərlənmə faktı qeydə alınıb. Rayonun Yuxarı Tala kənd sakinləri, bir ailənin 4 üzvü - 1968-ci il təvəllüdlü Balaşov Seyfullah Həsən oğlu, onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Həmzəyeva Mehriban Qurban qızı və iki azyaşlı övladları - 2003-cü il təvəllüdlü Balaşova Zümrüd Seyfullah qızı və 2005-ci il təvəllüdlü Balaşov Məhəmməd Seyfullah oğlu göbələk və xaş yedikdən sonra güclü zəhərlənmə diaqnozu ilə Zaqatala MRX-a daxil olub. Zümrüd Balaşovadan başqa, ailənin 3 üzvü müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Lakin 10 yaşlı Zümrüd Balaşovanın vəziyyəti çox ağır olduğu üçün, onu paytaxta apara bilməyiblər. Həkimlərin səylərinə baxmayaraq, uşağın həyatın xils etmək mümkün olmayıb. Qız dünən axşam saatlarında Zaqatala Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar