Zaqatalada 32 yaşlı kişini ürəyindən bıçaqladılar
29 Oktyabr 2013 Çərşənbə Axşamı 09:37
Hazırda yaralının vəziyyəti orta-ağır hesab olunur.
Bu gecə saat 01:40 radələrində Zaqatala rayonunda bıçaqlanma olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Zaqatala şəhəri, Nizami 2 ünvanında yaşayan 1981-ci il təvəllüdlü Rəhman Xalid oğlu Hacıyev bıçaqlanıb. Onu xəstəxanaya yerləşdiriblər. R.Hacıyev ürəyindən bıçaqlanıb. Onu əməliyyat ediblər. Hazırda vəziyyəti orta-ağır hesab olunur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar