Yuxuda arvadını boğan kişi bağışlandı
20 Noyabr 2009 Cümə 18:50
Məhkəmə 59 yaşlı Brayan Toması günahkar saymayıb
Britaniya məhkəməsi yuxuda oğru ilə savaşan və nəticədə arvadı Kristinanı boğan 59 yaşlı Brayan Toması əfv edib. Məhkəmə hakimlərinin belə bir qərar qəbul etməsinə onun yuxu pozğunluğundan əziyyət çəkməsi və həmin məqamda hərəkətlərinə nəzarət edə bilməməsi faktı səbəb olub.

Maraq üçün nəzərinizə çatdıraq ki, Tomas yuxuda avtofurqonlarına oğrunun soxulduğunu görüb. O, yuxuda caniyə müqavimət göstərməyə çalışıb, lakin reallıqda 39 il bir yastığa baş qoyduğu arvadını boğaraq qətlə yetirib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar